“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022 / 17:29

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Quba rayonunun Vladimirovka və Xınalıq kəndlərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Xeberler.az bildirir ki, Vladimirovka kəndində 780, Xınalıq kəndində isə 537 ev təsərrüfatı yüksək sürətli internetlə tam əhatə edilib.

Bundan əlavə, Quba şəhəri ərazisində 1700 abunəlik şəbəkə tikilib. Hazırda 600 abunəçi internet xidmətindən istifadə edir.

Qəçrəş kəndində aparılan tikinti işlərinin isə yaxın 2 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksək sürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

  • internet
  • internet+telefoniya
  • internet+televiziya
  • internet+telefoniya+televiziya paketi (3-ü birində)

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 20 AZN-dən 45 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom” MMC-nin 170 qaynar xəttinə zəng edə, region üzrə Telekommunikasiya qovşağına (Şimal-Şərq Regional Filialının Quba Şöbəsi – ünvan: Quba şəhəri, Fətəli xan küçəsi 57 A, əlaqə nöm.:511-64; 512-069), həmçinin https://aztelekom.az/ saytı vasitəsilə müraciət edə bilərlər.

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə